cümə, 29 mart 2024

BOKS

16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcək

03.06.2017 12:00 Oxundu 5080

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.

Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq.

Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

Turnirin baş hakimi Anar Nağdiyev olacaq.

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.