03.06.2017 12:05
1925

"Sakit oynayacağıq. Mövsüm ərzində finala çıxmaq üçün çalışdıq. "Real"la oyun çətin olacaq. Çünki onlar turnirin sonuncu qalibidirlər". Bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi deyib.M.Alleqri daha bir kubok qazanmaq istədiklərini söyləyib: "A seriyasını İtaliya kubokunu qazandıq. Bu, bizim üçün final öncəsi bir məşq oldu. Həlledici matçda udmalıyıq. Bunu bacara bilərik. Amma əsas sakit olmalıyıq. Öz gücümüzə inanmalıyıq".
"Yuventus"un futbolçusu Dani Alveş "Real"la oyun öncəsi açıqlama verib. O, Madrid klubununun görüşün favoriti olmadığını deyib.