çərşənbə, 20 avqust 2025

DÜNYA FUTBOLU

Arda Turan karyerasını “Arsenal”da davam etdirməkdə maraqlıdır

04.06.2017 21:52 Oxundu 1718

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan karyerasını “Arsenal”da davam etdirməkdə maraqlıdır. Məlumata görə, 30 yaşlı türkiyəli futbolçu London klubuna keçmək üçün razılığını verib. Hazırda tərəflər transferin məbləğini razılaşdırırlar. “Barselona” A. Turan üçün təqribən 30 milyon avro tələb edir, hərçənd “Arsenal” qiyməti endirməyə çalışır. Qeyd edək ki, A. Turan İspaniya çempionatının sonuncu mövsümündə 18 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.