çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Raul: " Mən Zidanın gələcəkdə məşqçi ola biləcəyinə inanmırdım"

13.07.2016 16:15 Oxundu 1582

Madridin "Real" komandasının əfsanəvi futbolçusu Raul Zinəddin Zidanla bağlı "AS" nəşrinə açıqlama verib. O deyib ki, Zidan "Real"da çıxış edərkən az danışan idi və demək olar hər hansı oyunla bağlı komanda yoldaşları tərəfindən baş vurulan fikir mübadilələrində iştirak etmirdi. Raul: "Bilmirəm, hələ o vaxt mən onun baş məşqçi ola biləcəyini ağlıma belə gətirmək belə istəmirdim. Çünki əksər hallarda oyunçular oyunla bağlı bəzi nüansları öz aralarında müzakirə edirdilər. Lakin Zidan heç vaxt belə müzakirələrdə iştirak etmir, məsələyə öz münasibətini bildirmirdi. Bir sözlə, mən Zidanın gələcəkdə məşqçi ola biləcəyinə inanmırdım. Ancaq tədricən hər şey dəyişməyə başladı. Zidan karyerasını başa vurandan sonra əvvəlcə bəzi sahələrdə çalışdı, sonra Ançelotti ilə birlikdə işlədi və məşqçi olmaq qərarına gəldi. O, "Kastilya" komandasını çalışdırdı və bəxtinin üzünə güləcəyi vaxtı gözlədi. İndi, o "Real"ı uğurla çalışdırır. Mən şadam ki, Zidanın məşçqi ola bilməyəcəyi barədəki fikirlərimdə yanılmışam",-deyib.