çərşənbə, 20 avqust 2025

DÜNYA FUTBOLU

"Real”la “Mançester Yunayted” qarşılaşacaq

04.06.2017 22:36 Oxundu 1760

Dünən keçirilən Çempionlar Liqasının final matçından sonra UEFA superkubokunun sonuncu iştirakçısı da müəyyənləşib. Qitənin bu fəxri mükafatı uğrunda görüşdə 2016/17 mövsümü Çempionlar Liqasının qalibi “Real”la Avropa Liqasının qalibi “Mançester Yunayted” qarşılaşacaq. Oyun avqustun 8-də Makedoniyanın Skopye şəhərində keçiriləcək.

Qeyd edək ki, “Real” UEFA superkubokunu 3 (2002, 2014, 2016), “Mançester Yunayted” isə 1 dəfə (1991) qazanıb.