çərşənbə, 20 avqust 2025

DÜNYA FUTBOLU

Əhməd Bulud: “Arda Turan heç bir kluba getməyəcək"

05.06.2017 13:58 Oxundu 1896

Türkiyə millisinin və “Barselona” klubunun yarımmüdafiəçisi Arda Turanın meneceri Əhmət Bulud son günlər futbolçunun kataloniyalıların heyətindən ayrılacağı ilə bağlı mətbuatda gedən xəbərlərə münasibət bildirib. Arda Turanın “Barselona” klubu ilə 2020-ci il iyunun 30-dək müqaviləsinin olduğunu vurğulayan Əhməd Bulud deyib: “Arda Turan heç bir kluba getməyəcək. “Barselona” klubunun rəhbərliyi də ondan məmnundur. Bizim heç bir komanda ilə görüşümüz olmayıb. Bu xəbərlər Ardanı və “Barselona” rəhbərliyini narahat edir”.