05.06.2017 15:54
2154
2154
Portuqaliya millisinin müdafiəçisi Pepenin taleyinə aydınlıq gəlib. 34 yaşlı oyunçu klubu “Real”la yollarını ayırıb.
Madrid təmsilçisindən yeni müqavilə təklifi almayan ulduz futbolçunun yeni klubu da artıq bəllidi. Çin və Türkiyə klublarının da maraq daiərsində olan müdafiəçi üçün PSJ-nin təklifi daha cəlbedici olub. Paris klubunun baş məşqçisi Unay Emeri ona start heyətində oynama təminatı verdiyindən, futbolçu fransızlarla anlaşıb. O, yaxın günlərdə PSJ ilə 2 illik sazişə qol çəkəcək.
Qeyd edək ki, Pepe “Real”a 2007-ci ildə “Porto”dan keçib. O, 10 il ərzində “kral klubu”nun heyətində 334 matçda iştirak edib, 15 qola imza atıb.