çərşənbə, 20 avqust 2025

DÜNYA FUTBOLU

Türkiyə superkubokunun oyunu Bakıda keçiriə bilər

05.06.2017 23:42 Oxundu 1840

Türkiyə superkubokunun oyunu Bakıda keçiriə bilər. Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu haqda “Beşiktaş”ın prezidenti Fikrət Orman məlumat verib. Superkubok matçı çempion “Beşiktaş”la kubokun qalibi “Konyaspor” arasında avqustun 6-da təşkil ediləcək.

Ölkəsinin mediasına açıqlamasında o, kuboku qazanmaları münasibəti ilə “Konyaspor”un prezidenti Əhməd Şanı telefonla təbrik etdiyini bildirib: "Bu zaman o mənə dedi ki, superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı? Xəbərim yoxdu, söylədim. Orda keçirilərsə, yaxşı olar. Azərbaycanda oynamaq istərik”.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə qol.az-a açıqlamasında bildirib ki, bununla bağlı AFFA-ya rəsmi müraciət daxil olmayıb.