çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Alleqri “qoca sinyora” olaraq qaldı

06.06.2017 10:52 Oxundu 1970

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Təcrübəli mütəxəssis “qoca sinyora”da qalmağı qərara alıb. PSJ-dən sərfəli təklif alan 50 yaşlı çalışdırıcı “Yuve” ilə yeni müqavilə bağlayaraq, söz-söhbətlərə son qoyub. Yeni sazişə görə, Alleqri 2019-cu ilin yayına qədər A seriyasının çempionunun “sükanı arxası”nda olacaq.

Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ildən “Yuventus”u çalışdırır.