06.06.2017 13:16
2018
2018
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya ilə oyun üçün hakim təyinatları açıqlanıb. UEFA-nın yaydığı xəbərə görə, matçı İspaniya Futbol Federasiyasından Xavyer Estrada idarə edəcək. Ona Migel Martinez və Teodoro Sobrino köməklik edəcək. Dördüncü hakim funksiyasını Alexandro Hernandez yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.