çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

"Neftçi" "Dinamo" (Tbilisi) ilə qarşılaşacaq

06.06.2017 15:27 Oxundu 1980

"Neftçi” PFK-nın U-14 komandası iyunun 6-dan 11-dək Rusiyanın Mahaçqala şəhərində keçiriləcək "Caspian Cup-2017” beynəlxalq turnirində iştirak edəcək. 8 komandanın 2 qrupda mübarizə aparacağı turnirdə "Neftçi”nin rəqibləri "Dinamo” (Tbilisi), "Yunost” (Vladiqafqaz) və "Anji” (Mahaçqala) olacaq. Komandamız B qrupundakı ilk oyununu bu gün Tbilisi "Dinamo”suna qarşı keçirəcək. İyunun 7-də "Yunost”la qarşılaşacaq "Neftçi”nin bundan bir gün sonrakı rəqibi "Anji” olacaq. Komandamızın qrup oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, "Qəbələ” klubunun da yer aldığı digər qrupda "Krasnodar” (Krasnodar), "Ramzan” (Qroznı) və "Rostov” (Rostov) komandaları yarışacaq.