çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

UEFA seçimlərə qatılacaq son arenaların adlarını açıqlayıb

07.06.2017 23:15 Oxundu 1794

UEFA 2019-cu ildə baş tutacaq avrokubok oyunlarının final mərhələsinin keçirilməsi üçün namizəd olan şəhər və stadionların adını açıqlayıb.

Məlumata görə, 2018/19 Çempionlar Liqasının finalı Bakının Olimpiya Stadionunda və ya "Atletiko Madrid"in “Vanda Metropoitano” stadionunda keçirilə bilər.

Eyni mövsümdə olacaq Avropa Liqasının finalına isə yenə də Bakı Olimpiya Stadionu, "Sevilya"nın “Ramon Sançes Pisxuan” stadionu və İstanbulun "Beşiktaş" klubunun “Vodafone Park" stadionları namizəddir.

Avropa superkuboku Tiran, Tuluza, Astana, Belfast, Hayfa, Qdansk və ya İstanbulda baş tuta bilər.

UEFA son qərarını sentyabrın 21-də verəcək.