çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ"ın qolunu saymayan Zelinka beynəlxalq oyuna təyinat alıb

08.06.2017 09:50 Oxundu 1781

2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ"ın İtaliya "İnter"inin qapısından keçirdiyi təmiz qolu saymayan hakim Miroslav Zelinka yenidən beynəlxalq oyuna təyinat alıb. Çexiyalı referi DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Kosovo – Türkiyə matçını idarə edəcək. Onun köməkçilərindən biri elə "Qarabağ"ın qolunun sayılmamasında xüsusi rolu olmuş yan xətt hakimi Andrey Pelikan təyin edilib. Digər yan xətt hakimi Yan Patak olacaq.

Kosova - Türkiyə görüşü iyunun 11-də keçiriləcək.

Xatırladaq ki, 2014-cü il dekabrın 11-də keçirilmiş matçın sonuncu uzatma dəqiqəsində Riçard Almeyda topu "İnter"in qapısından keçirsə də, Miroslav Zelinka həmin epizodda "ofsayd" olduğunu bildirərək, qolu saymayıb. Halbuki həmin qolun tam qaydalar çərçivəsində vurulduğu açıq-aşkar görünüb. Çexiyalı referinin yanlış qərarı üzündən 1/16 finala "Qarabağ" yox, Ukrayna "Dnepr"i çıxıb.