08.06.2017 13:45
1950

"Neftçi” PFK-da iki təyinat baş tutub. Kamal Quliyev "Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.
Kamal Quliyev 1997-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olmuş Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib. Eldəniz Yusifov isə 2005-2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.