08.06.2017 16:55
1819

“Monako” klubunun hücumçusu Radamel Falkao Kolumbiya yığmasının tarixində ən yaxşı bombardir oldu. Forvard İspaniya ilə səfərdə yoldaşlıq oyununda qol vurmaqla bu adı qazanıb. Belə ki, 31 yaşlı R.Falkao 2:2 hesabı ilə başa çatan matçda millinin heyətində 26-cı dəfə fərqlənib. Bununla da o, 25 qol vurmuş Arnold İquaranı üstələyərək ən yaxşı bombardir ünvanına sahib çıxıb.
İspaniya-Kolumbiya oyununda daha bir maraqlı fakt qeydə alınıb. Belə ki, Mursiyada keçirilmiş yoldaşlıq oyununda İspaniya yığması son 11 ildə ilk dəfə olaraq ev oyununda qapısından 1-dən çox top buraxıb. Sonuncu dəfə İspaniya 1 mart 2006-cı il tarixində evdə Kot-d′İvuardan iki top buraxıb (3:2).