08.06.2017 17:24
1955

“Neftçi” daha 4 yerli oyunçusu ilə bağlı qərarını verib. Yarımmüdafiəçi Eltun Yaqublu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Digər 3 futbolçu Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədov icarəyə veriliblər. Müqaviləyə görə Aqşin və Orxan qarşıdakı 1 ili, Təyyar isə 6 ayı "Səbail”də keçirəcəklər.
Qeyd edək ki, yay fasiləsində yalnız Səlahət Ağayevi transfer edib, Mirabdulla Abbasovu geri qaytaran “Neftçi” Cavid İmamverdiyev, Mahir Şükürov, Kamal Qurbanov, Murad Ağayev, Ruzi Qiyaslı, Jairo Rodriges və Maksim Vaylo ilə vidalaşıb.