çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Gələn il Çempionlar Liqasının final oyunu Kiyevdə baş tutacaq

08.06.2017 18:00 Oxundu 1693

2018-ci ildə UEFA Çempionlar Liqasının final matçının keçiriləcəyi şəhər müəyyənləşib. Məlumata görə, Çempionlar Liqasının rəsmi “Tvitter” səhifəsində yerləşdirilən xəbərdə final oyunun Ukraynanın Kiyev şəhərində keçiriləcəyi qeyd edilir. Turnirin final matçı Kiyevin “Olimpiyski” Milli İdman Kompleksində baş tutacaq. “Olimpiyski” stadionunun tamaşaçı tutumu 70 050 nəfərdir.