şənbə, 03 yanvar 2026

BİZİM FUTBOL

Mərkəzi Afrikalı “qartallar”ın sıralarına qoşulub

09.06.2017 17:19 Oxundu 1692

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” daha bir futbolçu ilə güclənib. Mərkəzi Afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 28 yaşlı David Manqa Fransanın PSJ klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Manqanın son klubu İsrailin “Hapoel Aşkelon” klubu olub. David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.