çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Millimizin Şimali İrlandiya qarşısında start heyəti açıqlandı

09.06.2017 22:17 Oxundu 1555

DÇ-2018-in seçmə mərhələsinin VI turunda Şimali İrlandiya ilə qarşılaşacaq milli komandamızın oyun üçün start heyəti bəlli olub. Bunu oyundan əvvəl baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlayıb.

Xorvat çalışdırıcı britaniyalılarla qarşılaşmada ilk olaraq aşağıdakı oyunçulara güvənəcək.

Kamran Ağayev – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev – Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov – Ramil Şeydayev

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı sabah saat 20:00-da start götürəcək.