09.06.2017 22:21
1988

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 3x3 basketbolunu 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edib. Bu barədə BOK-un məlumatında deyilir. İndiyədək bu idman növü heç vaxt Olimpiadanın proqramına daxil edilməyib. Oyunlarda həm qadınlar, həm də kişilər arasında 3x3 basketbol yarışları keçiriləcək.
Qeyd edək ki, 3x3 basketbolunda hər bir komanda 3 əsas və 1 ehtiyat oyunçudan təşkil edilir. Matç 10 dəqiqə və ya komandalardan biri 21 xal toplayanadək davam edir. Oyunlar bir səbəti olan xüsusi meydançada keçirilir.