çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Şimali İrlandiyaya indiyə qədər evdə məğlub olmamağımız...

10.06.2017 12:25 Oxundu 1729

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Şimali İrlandiya milli komandaları qarşılaşacaqlar. Oyunu ispaniyalı baş hakim Xavier Estrada idarə edəcək. Ona həmyerliləri Muguel Martinez və Teodoro Sobrino kömək edəcəklər. Dördüncü hakim funksiyasını Alexandri Hernandez yerinə yetirəcək.

Azərbaycan-Şimali İrlandiya oyunu saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Millimizin yer aldığı “C” qrupunda Almaniya 15 xalla vahid lideridir. Azərbaycan millisi 7 xalla dördüncü pillədə qərarlaşıb. Şimali İrlandiya 10 xalla ikinci Çexiya 8 xalla ucuncu, Norveç 3 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncudur.

Şimali İrlandiyaya indiyə qədər evdə məğlub olmamağımız bugünkü matça ümidlə baxmağa imkan verir. 2004-cü ildə britaniyalılar Azərbaycanı qolsuz bərabərliklə tərk etmişdilərsə, 2013-cü ildəki qarşılaşmada yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.

1.

Almaniya

5

5

0

0

20:1

15

2.

Şimali İrlandiya

5

3

1

1

10:2

10

3.

Çexiya

5

2

2

1

8:4

8

4.

Azərbaycan

5

2

1

2

3:8

7

5.

Norveç

5

1

0

4

5:9

3

6.

San Marino

5

0

0

5

1:23

0