
DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilib. Milli komandamız da bu gün növbəti matçına çıxıb.
Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə millimiz minimal hesabla məğlub olub - 0:1.
Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, millimiz Belfastdakı oyunda da Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.
DÇ-2018-in seçmə mərhələsi, C qrupu
10 iyun
Azərbaycan – Şimali İrlandiya - 0:1
Qol: Dallas, 90+2
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)
FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Azərbaycan: 1. Kamran Ağayev (q), 2. Qara Qarayev, 4. Pavle Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Eddi İsrafilov, 9. Namiq Ələskərov, 10. Ruslan Qurbanov, 15. Ruslan Abışov, 17. Emin Mahmudov, 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev
Baş məşqçi: Robert Prosineçki
Şimali İrlandiya: 1. Mixael Makqoven (q), 2. Konor Maklofin, 4. Qaret Makoli, 5. Conni Evans, 8. Stiven Devis (k), 9. Liam Boys, 11. Kris Brunt, 14. Stüart Dallas, 16. Oliver Norvud, 18. Aaron Hyuz, 21. Coş Makkeniş
Ehtiyat oyuçular: 12. Alan Mannus (q), 23. Roy Kerrol (q), 3. Şeyn Ferqyusson, 6. Tom Flanqan, 7. Nial Makgin, 10. Kayl Lafferti, 13. Daniel Lafferti, 15. Pol Paton, 17. Metyu Lund, 19. Simus Makkartan, 20. Li Hodson, 22. Adam Tompson
Baş məşqçi: Maykl Onil
1. |
Almaniya |
5 |
5 |
0 |
0 |
20:1 |
15 |
2. |
Şimali İrlandiya |
5 |
3 |
1 |
1 |
10:2 |
10 |
3. |
Çexiya |
5 |
2 |
2 |
1 |
8:4 |
8 |
4. |
Azərbaycan |
5 |
2 |
1 |
2 |
3:8 |
7 |
5. |
Norveç |
5 |
1 |
0 |
4 |
5:9 |
3 |
6. |
San Marino |
5 |
0 |
0 |
5 |
1:23 |
0 |
VV