çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

"Sumqayıt" Cavid Tağıyevi heyətinə qatıb

12.06.2017 00:54 Oxundu 2009

"Sumqayıt" Futbol Klubu 2017/2018 mövsümü üçün növbəti transferini həyata keçirib. Komanda son olaraq "Zirə"də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb. 24 yaşlı futbolçu komandamızla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cavid Tağıyev "Zirə"dən başqa, "Turan, AZAL və "Qarabağ"ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və A millinin şərəfini qoruyub.