12.06.2017 01:01
1606

“Zirə” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Ayxan Abbasov 10 günlük Bolu toplanışında taktiki-texniki hazırlığa üstünlük verir. “Zirə”nin yoxlama oyunlarının vaxtları və rəqiblər də tam dəqiqləşib. İyunun 13-də keçiriləcək oyun 17-30-da başlayacaq və rəqib əvvəldən deyildiyi kimi Kamerunun “Columbe Sportive” klubu yox, Bakı “İnter”i olacaq. Afrikalılarla isə “qartallar” iyunun 17-də üz-üzə gələcək. Bu qarşılaşma saat 17-00-da başlayacaq. İyunun 20-də keçiriləcək Rumıniya təmsilçisi “Vitorul”la oyun isə saat 17-00-da başlayacaq.