12.06.2017 15:39
1837

“Neftçi”nin sabiq futbolçusu Jonas Pessalli avtomobil qəzasında ölüb. Hadisə bu gün səhər saatlarında baş verib. Braziliya vaxtı ilə 04:30-da Koritiba küçələrindən birində “Audi” markalı avtomobilini sürətlə idarə edən “sambaçı” maşını işıq dirəyinə çırpıb. Məlum olub ki, 26 yaşlı Pessalli yoldaşları ilə birlikdə ad günündən qayıdırmış. Onunla eyni avtomobildə olanlar xəsarət alsalar da, həyati təhlükələrinin olmadığı bildirilir
Qeyd edək ki, ötən mövsümün gedişində “Neftçi”yə gələn Jonas Pessalli öz istəyi ilə komandadan ayrılmışdı. Premyer Liqada 7 oyunda 1 qol vuran və "Zirə" ilə kubok matçında het-trik edən hücumçunun son komandası ölkəsinin “Parana” klubu olub.