şənbə, 03 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” loqosu ilə bağlı müraciət edib

12.06.2017 17:06 Oxundu 3498

Ağdamın “Qarabağ” futbol klubu ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla, ümumilikdə bu sayı beşə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” bu praktikadan yararlanaraq loqosunun üzərinə 1 ulduz əlavəsi istiqamətində fəaliyyətə başlayıb.

Klubun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir.

Klub bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib.