çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

"Neftçi”də iki futbolçunun transferi rəsmiləşdi

12.06.2017 17:14 Oxundu 1639

"Neftçi” PFK iki futbolçu ilə transferi rəsmiləşdirib. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb. 26 yaşlı Mirzəbəyov 2015-ci ildən etibarən Azərbaycan milli komandasının heyətində 15 oyun keçirib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı Əzizli isə 15, 17, 19 və 21 yaşadək yığma komandalarımızın üzvü olub.