12.06.2017 18:27
1546

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb. Tərəflər yalnız 2 gün öncə Şimali İrlandiya ilə keçirilən matçla (0:1) bağlı müzakirə aparıblar. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu bildirib ki, xorvatiya çalışdırıcı oyunla bağlı baş katibə hesabat verib. O, görüş zamanı Prosineçkinin “Bursaspor”a keçmək ehtimalının müzakirə edilmədiyini dilə gətirib: “Onun AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləsi var. Deməli, “Bursaspor” məsələsinin müzakirəyə ehtiyacı yoxdu”.