çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Transfer qiyməti ən baha olan futbolçular kimlərdir?

12.06.2017 18:54 Oxundu 1961

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) transfer qiyməti ən baha olan futbolçuların siyahısını açıqlayıb. Siyahıda dəyəri 40 milyondan çox olan və “TOP 5” liqalarda forma geyinən 192 futbolçu yer alıb. CİES-in dəyərləndirməsinə görə, transfer qiyməti ən yüksək qiymətləndirilən futbolçu “Barselona”nın ulduzu Neymar olub. 25 yaşlı Braziliyalı futbolçuya 210,7 milyon avro dəyər qoyulub. Neymarın qiymət qış transfer dövründə isə 246,8 milyon avro dəyərləndirilirdi.

Qışda 170,5 milyon avro ilə 2-ci pillədə olan Lionel Messi bu dəfə 151,7 milyon avro ilə 4-cü pilləyə geriləyib.

Hazırda 2-ci pilləni 155,1 milyon avro ilə “Tottenhem”in 21 yaşlı ulduzu Dele Alli tutur. Onun komanda yoldaşı, 23 yaşlı Harri Keyn isə 153,6 milyon avro ilə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, dəyərləndirmə futbolçuların yaşı, müqavilənin bitməsinə qalan vaxt, oynadığı mövqe, göstərdiyi performans, oynadığı klubun əldə etdiyi nəticə, milli komandada çıxışı və sair göstəricilərə əsasən aparılıb. qafqazinfo

İlk 15-də yer alan futbolçuları təqdim edirik:

1. Neymar (“Barselona”) - 210,7 milyon avro

2. Dele Alli (“Tottenhem”) - 155,1 milyon

3. Harri Keyn (“Tottenhem”) - 153,6 milyon

4. Lionel Messi (“Barselona”) - 151,7 milyon

5. Antuan Qriezmann (“Atletiko Madrid”) - 150,3 milyon

6. Luis Suarez (“Barselona”) - 140,8 milyon

7. Pol Poqba (“Mançester Yunayted”) - 134,3 milyon

8. Qonzalo Hiquayn (“Yuventus”) - 120,2 milyon

9. Eden Hazard (“Çelsi”) - 117,2 milyon

10. Paulo Dibala (“Yuventus”) - 115,3 milyon

11. Kriştiano Ronaldo (“Real Madrid”) - 112,4 milyon

12. Kevin De Brüyne (“Mançester Siti”) - 110,5 milyon

13. Romelu Lukaku (“Everton”) - 105,4 milyon

14. Robert Levandowski (“Bavariya”) - 100,6 milyon

15. Raheem Sterlinq (“Mançester Siti”) - 98,8 milyon