çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

İran millisi mundialda iştirak etmək hüququ qazanıb VİDEO

13.06.2017 00:59 Oxundu 1954

Daha bir milli komanda 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edib. Asiya sonası üzrə seçmə mərhələsinin 8-ci turunda Özbəkistana 2:0 hesabı ilə qalib gələn İran millisi mundialda iştirak etmək hüququ qazanıb. Xalını 20-ə çatdıraraq liderliyini möhkəmləndirən İran millisi 2 tur əvvəldən istəyinə çatıb.

Qeyd edək ki, buna qədər Braziliya və təşkilatçı ölkə kimi Rusiya milliləri mundialda iştirak hüququ
əldə ediblər.

r