13.06.2017 11:38
1570

"Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəl Azərbaycan klublarının birindən təklif alıb. Bu barədə türk qolkiperin menecer Erdinç Şehit "Bein Sports"a açıqlamasında bildirib. O deyib ki, Azərbaycan da daxil olmaqla, 3 ölkədən təklif alıblar. Ancaq buna baxmayaraq, E.Şehit V.Dəmirəlin "Fənərbaxça"da qalmaq istədiyini söyləyib: "Azərbaycan, İtaliya və ABŞ-dan təkliflər var. Amma “Fənərbaxça”dan başqa komanda istəmirik. Transfer pəncərəsi açıldıqdan sonra "Fənərbaxça" ilə görüşəcəyik. Mövsüm başa çatan kimi İtaliyadan təklif alsaq da, razılıq vermədim”.
Qeyd edək ki, “Fənərbaxça” ilə müqavilə müddəti başa çatan Volkan Dəmirəlin adı bir müddət əvvəl “Qarabağ”la birgə hallanırdı.