
“Milan” heyətini yeni futbolçu ilə gücləndirib. Məlumata görə, A Seriyası təmsilçisi “Portu”nun hücumçusu Andre Silvanı heyətinə cəlb edib. Portuqaliyalı forvardla 5 illik müqavilə imzalanıb. İtaliya klubu 21 yaşlı hücumçunun transferi üçün “Portu”ya 38 milyon avro ödəyib.
Qeyd edək ki, gənc hücumçu son mövsümdə "Portu"nun heyətində meydana çıxdığı 44 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliya millisi və "Real"ın hücumçusu Kriştianu Ronaldo iyunun 12-də "Porto"dan "Milan"a transfer olunan Andre Silvanın potensialını yüksək qiymətləndirib. O deyib: "Mən karyeramı başa vuranda Portuqaliya millisi etibarlı əllərdə olacaq. Komandanın artıq böyük hücumçusu var. O, Andre Silvadır".
Qeyd edək ki, Silva , DÇ-2018-in seçmə mərhələsində çıxdığı 6 oyunda 6 qol, 1 məhsuldar ötürmənin müəllifi olub.