13.06.2017 16:04
1976

Bu gün yoldaşlıq oyununda Avstraliya ilə qarşılaşan Braziliya millisi 4:0 hesabı ilə qalib gəlib. Onu da qeyd edek ki, futbol üzrə Braziliya milli komandası tarixində ən erkən qol vurulub: Dieqo Souza Avstraliya ilə yoldaşlıq görüşünün 10-cu saniyəsində fərqlənib.
Viktor Juliano oyuna mərkəzdən başlayan rəqibdən topu ələ keçirib və Souzaya ötürmə verib. Hazırda "Sport Resifi" klubunda çıxış edən 32 yaşlı yarımmüdafiəçi isə uzaq küncü dəqiq nişan alıb.
Qeyd edək ki, Melburndakı "Cricket Ground" stadionunda keçirilmiş görüşdə Dieqo Souza həm də 90+3-cü dəqiqədə son qolun müəllifi olub. Digər qolları 62-ci dəqiqədə Tiaqo Silva, 75-ci dəqiqədə isə Tayson vurub.
b