13.06.2017 17:51
1990

“Sumqayıt” rəsmi saytı vasitəsilə azarkeşləri ilə sorğu keçirib. Səsvermə 2016-17 mövsümünün ən yaxşı futbolçusunu müəyyən etmək üçün aparılıb. Hücumçu Amil Yunanov ötən mövsümdəki çıxışı ilə yerli azarkeşlərin ən çox bəyəndiyi futbolçu olub. 200 nəfər iştirakçı arasında keçirilmiş sorğuda 24 yaşlı futbolçu 39 faiz səs toplayıb.Qeyd edək ki, Amil Yunanov ötən mövsüm "Sumqayıt"ın heyətində 23 qarşılaşmada 1306 dəqiqə meydanda olub və 6 qola imza atıb.
"