çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Rəşad Əzizli: "Neftçi”də ilk məqsədim bir nömrə olmaqdır" VİDEO

13.06.2017 17:59 Oxundu 2467

"Neftçi"nin yeni transferi Rəşad Əzizli Neftçi TV-yə açıqlama verib. 2011-2013-cü illərdə "Neftçi”də çıxış etmiş 23 yaşlı qapıçı klubun onun üçün doğma olduğunu bildirib: "Neftçi”yə gəldiyimə görə çox şadam. Rəhbərlik, Elxan müəllim sağ olsunlar, mənə dəvət göndərdilər. Əvvəllər "Neftçi”də oynamışam, bura mənə doğmadır. "Neftçi”də ilk məqsədim bir nömrə olmaqdır. Gənc olmağıma baxmayaraq, özümü sübut etməyə çalışacam. Yoxlama oyunlarında, təlim-məşq toplanışında yerimi möhkəmlədim ki, əsas heyətdə daim oynaya bilim”.

RE