19.06.2017 14:17
1714
Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Sürix şəhərində keçirilən püşkatmada iki klubumuzun - "Zirə" və "İnter"in rəqibi bəlli olub. "Zirə" “Differdanj”la (Lüksemburq), "İnter" isə “Mladost”la (Serbiya) qarşılaşacaq.
Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Qəbələ" isə rəqibini gözləyir.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.