21.06.2017 00:13
2097
2097
Bakı "İnter"ində yeni təyinatlar gerçəkləşib. Sportnet.az-ın məlumarına görə, bu barədə klub rəhbərliyi qərar verib. Ramiz Məmmədov əvəzedici heyət üzrə koordinator, İlqar Hüseynov əvəzedici heyətin baş məşqçisi və Rüstəm Əliyev baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Ramiz Məmmədovun Azərbaycanda çalışdığı son klub "Qəbələ" olub. O, 2013-cü il aprelin 2-də "qırmızı-qaralar"ın baş məşqçi postundan istefa verib.