çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldonun 14 anı

13.07.2016 17:35 Oxundu 1801

Kriştiano Ronaldonu tanımayan yoxdur. Kim nə deyir desin o, adını futbol tarixinə yazdırmış bir oyunçudur. Fransada keçirilən Avropa çempionatının final oyununun 17-ci dəqiqəsində zədə almış bu oyunçu matçın sonunu kimi diqqətdən yayınmadı. Onun hər bir hərəkəti kameraların, fotoaparatların yaddaşına köçürüldü. Bəli, hamı onun zədələnərkən necə üzüldüyünün, göz yaşları axıtdığını şahidi oldu. O, meydanı tərk etdikdən sonra belə rahat bir yerdə əyləşmədi. Oyunu həyəcanla izlədi. Hətta baş məşqçiyə göstərişlər verməkdən belə çəkinmədi. Komandası qalib olanda da o göz yaşlarına hakim ola bilmədi. Bir sözlə, Ronaldo öz davranışı ilə ölkəsinə, komandasını neçə bağlı olduğunu, pərvanə kimi (Ronaldo ağlayarkən onun üzünə qonan kəpənək də diqqətlərdən yayınmayıb) başına dolandığını göstərdi.

Həmin anları sizə təqdim edirik.