çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Almaniya – Çili - 1:1

22.06.2017 22:56 Oxundu 1877

İyunun 22-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti oyun Almaniya ilə Çili yığmaları arasında keçirilib. Bu gün keçirilən “B” qrupunun ikinci görüşü də heç-heçə yekunlaşıb. Əvvəlcə Çili yığması Aleksis Sançeslə hesabı açıb. Birinci hissənin sonuna yaxın isə dünya çempionlarının heyətində Stindl bərabərlik qolunu vurub. Bundan sonra oyunda başqa qol olmayıb və komandalar bir xalla kifayətləniblər.

Konfederasiyalar Kuboku – 2017

B qrupu

22 iyun

Almaniya – Çili - 1:1

Qollar: Stindl, 42 - Aleksis Sançez, 6