çərşənbə axşamı, 30 aprel 2024

DÜNYA FUTBOLU

Konfederasiyalar Kuboku-2017: Bu gün ilk finalçı bəlli olacaq

28.06.2017 01:40 Oxundu 2063

FİFA Konfederasiyalar Kuboku-2017-də yarımfinal mərhələsinə start veriləcək. Bu gün ilk finalçının adına aydınlıq gələcək.

Portuqaliya yığması həlledici matça yüksəlmək üçün Çili ilə üz-üzə gələcək. Rusiyaya ideal heyətlə yollanan komandalar turnirin əsas favoritləri hesab edilirdilər. A qrupunda mübarizə aparan Kriştianu Ronaldolu Portuqaliya ilk görüşdə Meksika ilə qollu bərabərə (2:2) qaldıqdan sonra Rusiya (1:0) və Yeni Zelandiya (4:0) üzərində qələbə qazanaraq, yarımfinala lider kimi adlayıb.

Çili isə B qrupunu ikinci pillədə başa vurub. Cənubi Amerika təmsilçisi Almaniya və Avstraliya ilə (1:1) heç-heçə və Kamerun üzərində (2:0) qalibiyyət sayəsində yoluna davam edib.

FİFA Konfederasiyalar Kuboku-2017

Yarımfinal

28 iyun

22:00. Portuqaliya – Çili

Baş hakim: Alireza Faqani (İran)

Kazan. “Kazan Arena”