29.06.2017 21:07
2212
2212
Artıq 1 həftədir təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" Futbol Klubu bu gün səhər məşqində fiziki hazırlıq üzərində çalışıb. Komanda Samir Abasovun rəhbərliyi altında dəniz kənarında kross qaçışla kifayətlənib. Əvvəldən məlumat verdiyimiz kimi, "Sumqayıt" FK hazırlıq çərçivəsində ilk yoxlama oyununu iyulun 2-də "Səbail"ə qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da "Kapital Bank Arena"da baş tutacaq.