30.06.2017 21:51
2038
2038
Almaniyanın "Bavariya" klubu tarixində ilk dəfə cənubi koreyalı futbolçu ilə müqavilə bağlayıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "İnçxon Yunayted"in yetirməsi olan Yon Bu Çondur.
17 yaşlı hücumçu ilə 30 iyun 2022-ci ilədək anlaşma əldə olunub. O, yeni klubuna 2018-ci il yanvarın 1-də qoşulacaq və 19 yaşadək futbolçulardan ibarət komandada forma geyinəcək