bazar ertəsi, 29 aprel 2024

DÜNYA FUTBOLU

"İnter"də 5 illik müqavilə

07.07.2017 15:35 Oxundu 2082

İtaliyanın “İnter” klubu heyətinə yeni oyunçu cəlb edib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, “Sampdoriya”nın müdafiəçisi Milan Şkrinyarla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı slovakiyalı futbolçu ötən mövsüm A Seriyasında 35 oyuna çıxıb.