bazar, 17 avqust 2025

DÜNYA FUTBOLU

"Spartak" Dzyubaya qırmızı işıq yandırdı

10.07.2017 17:52 Oxundu 2102

Sankt-Peterburqun "Zenit" komandası hücumşu Artyom Dzyubanı Transferə çıxarıb və onu keçmiş komandası "Spartak"a (Moskva) təklif edib. Lakin Moskva komandası hücumçunun xidmətində maraqlı olmadığını bildirib. İndi Dzyuba özünə yeni komanda axtarır. Əgər komanda tapa bilməyəcəyi təqdirdə karyerasını "Zenit"də davam etdirə biləciyini açıqlayıb. "Zenit" rəhbərliyi də Dzyubanın karyerası barədə variantlar axtarır.