şənbə, 16 avqust 2025

DÜNYA FUTBOLU

Sabri Sarıoğlu "Göztəpə"də

19.07.2017 15:04 Oxundu 2244

14 ildən sonra təkrar Super Liqada mübarizə edəcək olan "Göztəpə"nin transferləri səngimir. Nqando, Kastro, Selçuk Şahin, Qouffran, Skarione, Rotman, Ghilas və Məhəmməd Ənəs kimi futbolçuları heyətinə qatan "sarı qırmızılılar" indi də Sabri Sarıoğlu ilə razılaşma əldə edib. "Qalatasaray"la müqaviləsi bitən 32 yaşındakı yarəmmüdafiəçinin "Göztəpə" ilə 2 illik müqaviləy imza atacağı açıqlanıb. "Kayserispor" ilə imza mərhələsində uzlaşmaya nail ola bilməyən təcrübəli oyunçunun önümüzdəki günlərdə mətbuata təqdim ediləcəyi bildirilir.