çərşənbə axşamı, 30 aprel 2024

BİZİM FUTBOL

“Qəbələ” davam, “İnter” və “Zirə” tamam

20.07.2017 23:52 Oxundu 1676

Avropa liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmaları ərəfəsində ən çox ümid etdiyimiz “İnter” idi. Çünki təkcə onlar ilk qarşılaşmadan qalibiyyətlə ayrılmışdılar. Lakin cavab görüşündə keçmiş bankirlər Lüksemburqun “Fola” komandasına gözlənilmədən böyük hesabla məğlub oldular: 1-4.

“Zirə” isə doğma divarlar arasında Rumınya “Astra”sının müqavimətini qıra bilməyib heç-heçəyə razı oldu: 0-0.

Beləliklə, hər iki komandamız Avroliqa macərasını başa vurmuş oldu.

“Qəbələ” ilk oyunda Bakıda Polşa “Yagelloniya”sını məğlub edə bilməmişdi. Bütün proqnozlar polşalıların leyhinə idi. Lakin “Qəbələ” bir daha pronoza yatmayan komanda olduğunu sübut etdi. Komandamız Polşa çempionatının gümüş mükafatçısına onun öz meydançasında göz açmağa imkan vermədi. İlqar Qurbanov və Ozobiçin qolları ilə 2:0 hesabı ilə qalib gələn “Qəbələ” Avroliqanın növbəti mərhələsinə vəsiqə qazandı.

Komandamızın üçüncü təsnifat mərhələsindəki rəqibi Yunanıstanın “Panatinaikos” komandası olacaq.