çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

"Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

13.07.2016 22:55 Oxundu 1700

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də keçiriləcək "Neftçi” – "Şkendiya” oyunu ərəfəsində mətbuat konfransı baş tutub. "Bakcell Arena”da keçirilmiş tədbirdə "Neftçi” PFK-nın baş məşqçisi Vəli Qasımov və komandanın kapitanı Araz Abdullayev fikirlərini bildiriblər. Vəli Qasımov: "Bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır, yaxşı oyunçuları var. Amma evdə qələbə qazanmaq üçün darıxmışıq. Sabah qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”. Araz Abdullayev: "Necə bir oyuna çıxacağımızı anlayırıq. Çalışacağıq ki, evdə komanda şəklində bacardığımızı edib səfərə sərfəli nəticə ilə gedək ki, orada daha rahat oynayaq”.