cümə axşamı, 14 avqust 2025

BİZİM FUTBOL

İntizam Komitəsi cəzalandırdı

05.10.2017 14:37 Oxundu 2637

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının VII turunun “Qəbələ” – “Kəpəz” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

I Divizionun I turunun “Xəzər” – “Mil-Muğan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 15 №-li futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun 76-cı dəqiqəsində “Xəzər” klubunun 7 №-li futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

I Divizionun I turunun “Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Mənbə:http://www.pfl.az