çərşənbə, 13 avqust 2025

BİZİM FUTBOL

Son ev oyununda məğlubiyyət

06.10.2017 12:21 Oxundu 3786

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son ev oyununu keçirdi. Millimiz 1:2 hesabı ilə məğlub olduə

Qeyd edək ki, Çexiya ilə oyun kapitan Rəşad Sadıqovun millidəki son matçı olacaq.


Azərbaycan - Çexiya 1:2

QOLlAR: Əfran İsmayılov, 54-pen. - Yan Kopiç, 35, Antonin Barak, 66

Baş hakim: Benoit Millot
Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud
Dördüncü hakim: Frank Schneider
(Hakimlər Fransadandır)
Hakim-inspektor: Are Habicht (Estoniya)
UEFA nümayəndəsi: Romano Clavadetscher (İsveçrə)

Azərbaycan: 1. Kamran Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Qara Qarayev, 5. Ürfan Abbasov, 8. Renat Dadaşov, 9. Namiq Ələsgərov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 17. Mahir Mədətov, 18. Təmkin Xəlilzadə, 21. Tərlan Quliyev.
Baş məşqçi: Robert Prosineçki.
Çexiya: 23. İrji Pavlenka, 2. Pavel Kaderjabek, 5. Yakub Brabeç, 8. Vladimir Darida, 10. Yosef Huşbauer, 11. Mixail Krmençik, 13. Yan Kopiç, 14. Yakub Yankto, 17. Marek Suxi (k), 18. Yan Borjil, 20. Antonin Barak.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 16. Tomaş Koubek, 4. Yan Sikora, 6. Mixail Lüftner, 7. Yaromir Zmrqal, 9. Borjel Doçkal, 12. Şimon Falta, 15. Tomaş Souçek, 19. Yan Kliment, 21. Vatslak Kadleç, 22. Filip Novak.
Baş məşqçi: Karel Yarolim.

Oyundan sonra keçirilən mətbuat konftaransında baş məşqçilər öz rəylərini bildirdilər.

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): “Bizi çətin oyun gözlədiyini demişdim. Bu gün bir daha bunun şahidi olduq. İlk dəfə hesabda geri düşəndən sonra qol vura bildik. Amma əfsuslar olsun ki, sonra yenə “ikinci mərtəbə”dən qol buraxdıq. Ardınca Ramil Şeydayev əlinə düşən imkandan yararlana bilmədi. Buna baxmayaraq, komandamdan razı qaldım. Qələbə münasibətilə Çexiya yığmasını təbrik edirəm. Futbolda səhvlər olur. Bu gün də komandam səhvlərə yol verdi. Standart vəziyyətlərdən çox qol buraxırıq. Bəzi mövqelərdə problemlər var”.

Karel Yarolim (Çexiya yığmasının baş məşqçisi): "Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu. Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim. Rəqibin oyununu yüksək qiymətləndirirəm”.