cümə, 02 yanvar 2026

DÜNYA FUTBOLU

Almaniya DÇ-2018-ə vəsiqə qazandı

06.10.2017 13:04 Oxundu 3321

Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə uğrunda seçmə mərhələnin 9-cü turuna dünən start verildi. Millimizin də daxil olduğu C qrupunda Almaniya milli komandası rəqib meydançada Şimali İrlandiya komandasına 3:1 hesabı ilə qalib gələrək DÇ-2018-ə vəsiqəni təmin etdi. Xatırladaq ki, almanlar qrupda keçirdikləri bütün oyunlarda qalib gələrək 27 xal toplayıblar. Onlar son oyunda öz meydançasında Azərbaycam millisini qəbul edəcəklər.

Qrupumuzda ikinci yerin də sahibi müəyyənləşib. Şimali İrlandiya millisi 9 oyundan 19 xal toplamaqla qrupda ikinci yeri tutub və pley-off yarışlarında iştirak etmək hüququ qazanıb.